Baş separatçını aparatı Araik Arutyunyanın istefası ilə bağlı xəbəri nə təkzib, nə də təsdiq edir.
Hafta.az xəbər verir ki, bu haqda Tert.am informasiya yayıb.
“Hazırda bu məlumatı şərh edə bilmərəm, gəlin rəsmi məlumatı gözləyək”, - deyə Arutyunyanın müşaviri Vladimir Qriqoryan Tert.am-a bildirib.
Xatırladaq ki, “Baqramyan 26” da daxil olmaqla erməni telegram-kanalları Araik Arutyunyanın bu gün istefa verəcəyi barədə məlumatlar yayıb. Məlumatlara görə, istefa verməzdən əvvəl qondarma “dövlət naziri” Qurgen Nersisyanı istefaya göndərəcək.
Buna əsasən, rejim rəhbərliyi qanunsuz “təhlükəsizlik şurası”nın katibi Samvel Şahramanyana keçəcək. O həm də qondarma separatçı “parlament”in seçməli olduğu “prezident” vəzifəsinə namizəd olacaq.
Xatırladaq ki, az əvvəl Arutyunyan və G.Nersisyanın yaxın iki saat ərzində istefa verəcəyi ilə bağlı xəbərlər də yayılıb.